×
A
A
A
Sazlamalar

“Zəfər nəğməsi Şuşa” adlı kitabının təqdimatı keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

LİBRAFF kitab mağazalar şəbəkəsində istedadlı yazıçı Sevinc Nuruqızının “Zəfər nəğməsi Şuşa” adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Üç alma” nəşriyyatında çap olunan kitabın redaktoru Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Bəhmən Əliyev, illüstratoru qrafik-dizayner Aida Əmirova, layihə rəhbəri Arzu Cəfərovadır.
Tədbirdə, Nizami adına Ədəbiyyat İnstitutun elmi katibi, tənqidçi Aygün Bağırova, Tarix Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, müəllimlər, şəhid ailələri, yazıçı və şairlər iştirak ediblər.
Tədbirdə çıxış edən Aygün Bağırova bildirib ki, kitab tək Zəfərdən bəhs etmir, həm də qələbəyə gedən yollara müxtəlif yazılarla işıq tutur. O, Sevinc Nuruqızının bir yazıçı kimi Vətənin ağrısını, Qarabağ dərdini öz taleyinə çevirə bildiyini vurğulayıb. Qeyd edib ki, yazıçı “Zəfər nəğməsi Şuşa” kitabı ilə bir salnamə, yeni bir dastan yaradıb.
Şəhid Bilal Qəmbərovun anası Gültəkin xanım müəllifin ona olan səmimi münasibətindən danışıb. Şəhid olmuş övladına və onun yadigarı Nazlı qızına həsr edilən “Şəhadətin zirvəsi Vətən” əsərindən və yazıya çəkilmiş illüstrasiyalardan razı qaldığını bildirib.
Yazıçı Narıngül Nadir bildirib ki, Sevinc Nuruqızı əsərlərilə ölkə hüdudunu aşaraq yeni oxucu auditoriyası qazanıb.
Şair Şəfəq Sahibli də müəllifin kitabları ilə çoxdan tanış olduğunu deyərək, əsərlərinin dəyərindən söhbət açıb.

Mədəniyyət 2022-09-23 15:16:00