×
A
A
A
Sazlamalar

Nazir Sahil Babayev Xızı rayonunda vətəndaşları qəbul edib

Bakı, 23 sentyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xızı rayonunda Xızı və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl S.Babayev və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov ümummilli lider Heydər Əliyevin Xızı rayonundakı abidəsini ziyarət ediblər.
Vətəndaşlar qəbul zamanı mənzillə təminat, əlilliyin qiymətləndirilməsi, ünvanlı dövlət sosial yardımı və s. məsələlərlə bağlı müraciət ediblər.
Müraciət edən vətəndaşların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Qəbul zamanı müraciətlər araşdırılıb və aidiyyəti tədbirlər görülüb.

Sosial 2022-09-23 14:54:00