×
A
A
A
Sazlamalar

Unudulmaz rəssam Əbdül Şərifovun xatirəsinə həsr edilmiş kitabın təqdimatı olacaq

Bakı, 23 sentyabr, AZƏRTAC

Oktyabrın 4-də Xətai Sənət Mərkəzində unudulmaz rəssam–pedaqoq Əbdül Şərifovun xatirəsinə həsr edilmiş “Sənətini paylaşa bilən sənətkar” adlı kitabın təqdimatı keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, rəssamın keçdiyi həyat yolunu əbədiləşdirmək məqsədilə çap edilən kitabda rəssamın yaradıcılığı haqqında məlumat verilib. Eyni zamanda rəssamın yaratdığı əsərlərdən nümunələr, davamçılarından bir qrupunun əsərləri və xatirə fotoları da kitabda yer alıb.
Tədbir çərçivəsində eyniadlı sərginin açılması da nəzərdə tutulur.

 

Mədəniyyət 2022-09-23 14:48:00