×
A
A
A
Sazlamalar

İnternat məktəblərinin psixoloqları üçün ixtisasartırma təlimləri keçirilir

Bakı, 23 sentyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi internat məktəblərində işləyən psixoloqlar üçün ixtisasartırma təlimləri keçirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “İnternat məktəblərinin psixoloqları üçün psixoloji işin təşkili” adlı təlim proqramı 36 akademik saatdan ibarətdir və onlayn formatda həyata keçirilir. Təlimlərin keçirilməsində məqsəd internat məktəblərində işləyən psixoloqların nəzəri bilik və praktik səriştələrinin artırılmasıdır. Müdavimlər şəxsiyyət haqqında nəzəriyyələr, məktəblərdə psixoloji xidmətin təşkili, psixodiaqnostika və psixokorreksiyanın həyata keçirilməsi, xüsusi təlimə ehtiyacı olan uşaqlarla işin təşkili və s. mövzular üzrə bilik və bacarıqlarını təkmilləşdirəcəklər.
Təlimlər 9 gün davam edəcək. İnternat məktəblərində işləyən psixoloqların yeni qrupları üçün növbəti həftələrdə də təlimlərin təşkili planlaşdırılır.

Elm və təhsil 2022-09-23 14:46:00