×
A
A
A
Sazlamalar

Anna Malyar: Ukrayna ordusunun müharibədəki itkisi 9 min nəfərdən çoxdur

Kiyev, 23 sentyabr, AZƏRTAC

Ukrayna silahlı qüvvələrinin Rusiyaya qarşı müharibədə itkisi 9 min nəfərdən çoxdur. Lakin, Mariupolda həlak olan döyüşçüləri saymaq mümkün olmadığından Müdafiə Nazirliyi hələlik dəqiq rəqəm deyə bilmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar yerli mətbuata müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın müharibədə itkiləri düşmənin itkilərindən xeyli azdır və bu, Ukrayna silahlı qüvvələrinin bacarığının göstəricisidir.
“Biz yalnız hərbçilərdən danışırıq, çünki mülki ölümlərin sayının hesablanması ilə başqa bir qurum məşğul olur”, - deyə Anna Malyar əlavə edib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2022-09-23 14:23:00