×
A
A
A
Sazlamalar

Rus dili müəllimliyi ixtisasına qəbul olunan tələbələr arasında anket sorğusu aparılıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 16-dan 23-dək “Rus dili üzrə xarici dil müəllimliyi ixtisasında təhsil proqramının yeni məzmununun yaradılması və tətbiqi” qrant layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) II korpusunda Xarici dil müəllimliyi fakültəsində yeni tərtib edilmiş təhsil proqram üzrə tədrisi aparmaq üçün pilot qrupun formalaşması məqsədilə anket sorğusu keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, sorğu rus dili müəllimliyi ixtisasına qəbul olunan I kurs tələbələri arasında aparılıb. 149 tələbədən 108 nəfəri sözügedən qrupda oxumaq istədiyini bildirib. Nəticədə 108 tələbədən 21-i pilot qrupuna seçilib.

Elm və təhsil 2022-09-23 14:18:00