×
A
A
A
Sazlamalar

MDB ölkələrinə məhsul ixracı azalıb

Bakı, 23 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 58 milyon 873 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 4 milyon 95 min dollar azdır.
Cari ilin səkkiz ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 567 milyon 585 min dollar olub.

İqtisadiyyat 2022-09-23 14:17:00