×
A
A
A
Sazlamalar

Ümumi müsahibədə uğur qazanmış 48 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

Bakı, 23 sentyabr, AZƏRTAC
İyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib. Bu gün saat 13:55-ə olan məlumata görə, 48 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibə sentyabrın 29-da başa çatacaq.
Qeyd edək ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb.

Elm və təhsil 2022-09-23 13:59:00