×
A
A
A
Sazlamalar

352 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Son 2 ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir, 4-cü nəsil protezlə təminatı həyata keçirilib. Onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş qəhrəmanlarımızdır.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mediaya nümayəndələrinə müsahibəsində bildirib.
Nazir bildirib ki, son 3 ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzi tam təmir edilərək, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib.
S.Babayev həmin mərkəzlərdə 3 minədək müharibə əlilinə müasir standartlara uyğun reabilitasiya xidmətləri göstərildiyini qeyd edib.

Sosial 2022-09-23 13:28:00