İran, Rusiya və Çin birgə hərbi təlim keçirəcəklər
Tehran, 23 sentyabr, AZƏRTAC
İran, Rusiya və Çinin hərbi dəniz qüvvələri qarşıdakı payız ayında birgə hərbi təlim keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqeri deyib. Jurnalistlərin suallarını cavablandıran general-polkovnik bildirib ki, təlimlər Hind okeanının cənubunda 17 min kvadratkilometr ərazidə keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, hərbi helikopter və təyyarələr də cəlb olunacaq. Təlim zamanı düşmən hücumunun qarşısının birgə alınması taktikası məşq ediləcək.
Nəzərə çatdıraq ki, cari ilin yanvar ayında hər üç dövlətin hərbi dəniz qüvvələri “Dəniz təhlükəsizlik kəməri” devizi altında hərbi təlim keçiriblər.
ABŞ prezidentliyinə namizəd: Ölkəyə Ukraynadakı münaqişəyə son qoymaq üçün plan lazımdır
KXDR parlamenti bir neçə nazir və Mərkəzi Banka yeni rəhbər təyin edib
Daşkənddə anbarlardan birində güclü partlayış və yanğın baş verib
Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlar üçün Qərbin ciddi təkliflərini görmür