×
A
A
A
Sazlamalar

Teatr Muzeyində tədbir - “Ömrünü Vətənə bağışlayanlar”

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da C. Cabbarlı adına Azərbaycan Teatr Muzeyində “Ömrünü Vətənə bağışlayanlar” adlı tədbir təşkil ediləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir ölkəmizin ərazi bütövlüyü uğurunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunacaq.
Muzeyin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə hər kəsin iştirak etmək imkanı var.

Mədəniyyət 2022-09-23 12:37:00