Markesin “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Kolumbiyanın Azərbaycanda müvəqqəti işlər vəkili Maria Anxelika Stir Dövlət Tərcümə Mərkəzində qurumun rəhbəri, Xalq yazıçısı Afaq Məsudla görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan–Kolumbiya ədəbiyyatlararası əlaqələr istiqamətində hazırlanan layihələr, ölkələrarası ədəbi mübadilələrin perspektivləri, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının Kolumbiyanın dövlət və ictimai kitabxanalarına, təhsil və mədəniyyət ocaqlarına yerləşdirilməsi, klassik və müasir Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin Kolumbiya, eləcə də digər Latın Amerikası ölkələrində tanıdılması ilə bağlı nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.
Sonra Markesin Azərbaycan dilində dərc olunmuş “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olunub.
“Kolumbiya xalqının fəxri Qabriel Qarsia Markesin əsərlərinin belə bir təkmil səviyyədə nəşrinə və təbliğinə görə dərin təşəkkürümü bildirirəm. Əsərlərin seçimi, kitabın tərtibatı yüksək peşəkarlıq və zövqlə hazırlanıb. Kitabın səfirlikdə geniş təqdimatını təşkil etməyi planlaşdırırıq”, - deyə Maria Anxelika Stir bildirib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir