×
A
A
A
Sazlamalar

Aİ-nin enerji sisteminin yenidən təşkilinə 565 milyard avro tələb olunur

Bakı, 23 sentyabr, AZƏRTAC

Avropa İttifaqının enerji sənayesinin yaşıl keçidini reallaşdırmaq və Rusiyanın mədən yanacaqlarından imtina etmək üçün onilliyin sonunadək 565 milyard avro vəsait lazım gələcək.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyi bu barədə Avropa Komissiyası tərəfindən hazırlanan sənədin layihəsinə istinadla məlumat yayıb.
Planın məğzi enerji sənayesinin rəqəmsallaşdırılmasını, yəni 2024-cü ildən etibarən Avropa İttifaqında elektrik enerjisindən istifadəyə dair informasiya mübadiləsini təmin etməkdir. Layihə regionun enerji bazarlarında çevikliyi artırmalıdır.
2027-ci ilə qədər bütün ticarət və ictimai binaların, 2029-cu ilə qədər isə yeni yaşayış binalarının günəş panelləri ilə təchizi və beş il ərzində 10 milyon istilik nasosunun quraşdırılması nəzərdə tutulur. Həmçinin 2030-cu ilədək atmosferi karbon qazı ilə çirkləndirməyən 30 milyon avtomobilin istifadəyə verilməsi gözlənilir.
Agentliyin məlumatına görə, Avropa Komissiyası müvafiq sənədi sentyabrın 28-də dərc etməyi planlaşdırır.

Dünya 2022-09-23 12:28:00