×
A
A
A
Sazlamalar

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat aparılır

Bakı, 23 sentyabr, AZƏRTAC

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat aparılır.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində dekabrın 5-dən 9-dək Bakı Ekspo Mərkəzində "Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022" keçiriləcək. Festival 10 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunacaq.
Qeydiyyat oktyabrın 31-dək davam edəcək.

Texnologiya 2022-09-23 11:48:00