×
A
A
A
Sazlamalar

Balakən sakinlərinin qaz təchizatına dair problemləri dinlənilib

Bakı, 23 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin regionlarda təşkil etdiyi “Səyyar qəbul otağı”nın növbəti dayanacağı Balakən rayonu olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyada cəmi 4 müraciət səsləndirilib. Mahamalar kənd sakininin istəyi fərdi yaşayış evinə sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsindən ibarət olub. Gərəkli kənd sakinləri, həmçinin Qullar kənd sakini fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş ediblər.
Vətəndaşlara məlumat verilib ki, “Azəriqaz”ın daxili resursları hesabına çəkilən küçə qaz xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin ödənişsiz qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.
“Açıq mikrofon” aksiyasında “Azəriqaz”ın Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

Regionlar 2022-09-23 11:46:00