×
A
A
A
Sazlamalar

“Gəl, iştirak et və qalib ol” müsabiqəsi yekunlaşıb

Bakı, 23 sentyabr, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeni dərs ilinə başlayan məktəbli dostları üçün keçirdiyi “Gəl, iştirak et və qalib ol” intellektual müsabiqəyə yekun vurub.
AZƏRTAC xəbər verir ki, bütün iştirakçılara Bakı Kitab Mərkəzindən və Antaris QSC-dən həvəsləndirici hədiyyələr, qaliblərə isə hədiyyə və diplomlar təqdim olunub.
Xatırladaq ki, layihənin əsas məqsədi məktəbliləri yeni tədris ilinə, təhsilə həvəsləndirmək, onlarda muzeylərə, tarixi məkanlara maraq yaratmaq idi. Layihə sentyabrın 10-17-də İçərişəhər ərazisində yerləşən Şirvanşahlar Sarayı Kompleksində və Qala Qoruğu ərazisində təşkil olunub. İntellektual müsabiqədə iştirak edən 3 yaş qrupunda (7-9, 10-12, 13-15) olan məktəblilər Şirvanşahlar Sarayı Kompleksini və Qala Qoruğunu ziyarət etdikdən, muzeylərlə yaxından tanış olduqdan sonra biliklərini yoxlayıblar.

 

Mədəniyyət 2022-09-23 11:45:00