×
A
A
A
Sazlamalar

Musiqili Teatrda “Ər və Arvad” tamaşası yenidən səhnədə

Bakı, 23 sentyabr, AZƏRTAC
Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri, Şərqin ilk operettası – “Ər və arvad” musiqili komediyası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və səhnəyə qoyulduğu vaxtdan (1910) indiyə qədər repertuardan düşməyən və teatrsevərlər tərəfindən sevilən bu səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Telnaz Hüseynova, Elxan İsmayılov, Hüseyn Əlili, Fərid Rzayev, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov və başqaları ifa edək.

Mədəniyyət 2022-09-23 11:43:00