×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrı 95-ci teatr mövsümünü “Qağayı” ilə açacaq

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 95-ci teatr mövsümünü sentyabrın 24-də dahi rus klassiki A.Çexovun “Qağayı” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə açacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir.
Tamaşanın əsas ideyasını ifadə edən tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi hər bir qəhrəmanın vasitəsi ilə qabardılıb.

Mədəniyyət 2022-09-23 11:14:00