×
A
A
A
Sazlamalar

Muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 31 faiz artıb

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 191 milyon 355 min 700 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 31 faiz çoxdur.
Verilmiş kreditlərin 16 milyon 84 min 200 manatı və yaxud 8,4 faizi qısamüddətli, 175 milyon 271 min 500 manatı və yaxud 91,6 faizi uzunmüddətli kreditlər olub.

Regionlar 2022-09-23 11:12:00