×
A
A
A
Sazlamalar

Ukraynalı sənətşünas Konstantin Doroşenko Rəngkarlıq Muzeyində mühazirə deyəcək

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində ukraynalı sənətşünas, media üzrə menecer, müasir incəsənət kuratoru və publisist Konstantin Doroşenko mühazirə keçəcək.
AZƏRTAC xəbər verir ki, “Bu xaos deyil: Ukrayna və Azərbaycan müasir incəsənətində humanizm” adlı mühazirə rus dilində keçiriləcək.
Mühazirə müəllif tərəfindən, Azərbaycan rəssamı Rəşad Ələkbərovun Venesiya Biennalesində (2015) nümayiş olunan "Bu xaos deyil" əsərindən təəssüratlanaraq hazırlanıb.
Həmçinin tədbir zamanı K. Doroşenko, 2015-ci ildə yazdığı "Son Dəmir dövrünün axırı" kitabına istinadən, Azərbaycan və Ukraynanın müasir rəssamları haqqında danışacaq.

Mədəniyyət 2022-09-23 11:11:00