×
A
A
A
Sazlamalar

Məktəblərə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək

Bakı, 23 sentyabr, AZƏRTAC

Oktyabrın 1-də şagird sayı 500-dən çox olan Bakı və Sumqayıt şəhərlərindəki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur.
Namizədlər qiymətləndirmə meyarları ilə linkdə tanış ola bilərlər.
Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

Elm və təhsil 2022-09-23 11:02:00