×
A
A
A
Sazlamalar

“Sevilya bərbəri” operası nümayiş ediləcək

Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 114-cü mövsümün tamaşalarının nümayişini davam etdirir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası teatrsevərlərə təqdim olunacaq.
Tamaşanı dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.
Biletləri teatrın kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Mədəniyyət 2022-09-23 10:57:00