×
A
A
A
Sazlamalar

Təhsil Tələbə Krediti Fondu Qubada tələbələrlə görüş keçirib

Bakı, 23 sentyabr, AZƏRTAC

Təhsil Tələbə Krediti Fondunun (TTKF) təbliğat-təşviqat məqsədli regional görüşləri davam edir.
Fonddan AZƏRTAC-a bildirilib ki, növbəti görüş Quba rayonunda keçirilib. TTKF-nin sədr müavini Tahir Xələfov tədbir iştirakçılarına fondun tələbələr və tələbə olmaq istəyənlər üçün yaratdığı imkanlar, təhsil tələbə kreditlərinin verilməsi qaydaları haqqında ətraflı məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.

Elm və təhsil 2022-09-23 10:30:00