×
A
A
A
Sazlamalar

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə 396 namizəd uğur qazanıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4231 nəfər müraciət edib. Bu gün saat 10:15-dək olan məlumata görə, 396 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

Elm və təhsil 2022-09-23 10:16:00