×
A
A
A
Sazlamalar

Beynəlxalq Musiqi Festivalı çərçivəsində BMA-da konsert proqramı təqdim edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Vyana şəhərində keçirilən "Odlar yurdunun səsləri" Beynəlxalq Klassik Musiqi Festivalının qaliblərinin konserti keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində auditoriya qarşısında çıxış edən Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova istedadlı pianoçuları dinləyicilərə təqdim edib və hamını onların əsrarəngiz ifalarından zövq alacağını bildirib.
Konsert çərçivəsində Cənubi Koreyadan Heli Kanq və Avstriyadan Fransada keçirilən Lion Beynəlxalq Piano Müsabiqəsinin və İspaniyada keçirilən “ClaMo” Beynəlxalq Piano müsabiqələrinin qalibi və laureatı Anna Leyerer çıxış ediblər.
XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsert proqramı maraqla qarşılanıb.

Mədəniyyət 2022-09-23 10:12:00