Şabranda ev yanıb
Şabran, 23 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran şəhərinin Nizami küçəsində yerləşən taxta konstruksiyalardan ibarət ümumi sahəsi 410 kvadratmetr olan kommunal tipli birmərtəbəli binada yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində Sərdarov Elşad Sərkar oğluna məxsus 5 otaqlı mənzilin çardağı və 3 otağı tamamilə yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb və bitişik mənzillər yanğından mühafizə edilib.
Yağının səbəbləri araşdırılır.
Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb
Türkiyənin iki professoru MDU-da fəaliyyətə başlayıb
İmişlidə “Biz həmişə sizinləyik!” bədii-sənədli filmi böyük maraqla qarşılanıb
Qəbələdə şəhidlərin xatirəsinə həsr edilən film nümayiş olunub
Nazir Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti ilə görüşüb