×
A
A
A
Sazlamalar

Azərbaycan və Venesuelanın XİN başçıları regional məsələlər barədə fikir mübadiləsi aparıblar

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ceyhun Bayramov rəsmi tviter hesabında paylaşım edib.
Görüşdə Azərbaycan-Venesuela münasibətləri, əməkdaşlıq və onların perspektivləri müzakirə edilib.
Xarici işlər nazirlərinin görüşündə, həmçinin digər çoxtərəfli platformalar, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər də diqqət mərkəzində olub.

Siyasət 2022-09-23 08:00:00