Dünyanın ən çox səhifəli kitabı nəşr olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Dünyanın ən çox səhifəli kitabı "One Piece" (“Bir Parça”) bir cilddə nəşr olunub.
AZƏRTAC xəbər verir ki, naşir İlan Manouaş 21 min 450 səhifəlik əsərə kitab kimi deyil, “heykəltəraşlıq materialı” kimi yanaşdığını bildirib. Kitabın müəllifi Eiiçiro Odadır.
Qeyd edək ki, 50 nüsxə ilə buraxılan məhdud tirajlı kitabın satışı bitib. Sentyabrın 7-də satışa buraxıldıqdan bir neçə gün sonra kitabın bütün nüsxələri satılıb. Kitabın müəllifi – 47 yaşlı Eiiçiro Odanın sərvəti təqribən 200 milyon dollardır.
Gənc rəssam: Ən böyük arzum Şuşada əsərlərimdən ibarət sərgimin açılmasıdır
Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir
Animatorların İnkişaf Proqramına qəbul başlayıb
Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək