×
A
A
A
Sazlamalar

İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini son 14 ilin ən yüksək səviyyəsinə qaldırıb

London, 22 sentyabr, AZƏRTAC

İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini son 14 ilin ən yüksək səviyyəsinə qaldırıb.
AZƏRTAC xəbər verir ki, Bank faiz dərəcələrini 1,75 faizdən 2,25 faizə qaldırıb.
Mərkəzi Bank əvvəllər iqtisadiyyatın artacağını proqnozlaşdırsa da, bu rübdə 0,1 faiz azalma gözlənilir.
Faiz qərarını açıqlayan İngiltərə Mərkəzi Bankı Siyasət Komitəsi ölkə iqtisadiyyatının artıq tənəzzülə uğradığının təxmin edildiyini bildirib.
Mərkəzi Bank oktyabrda inflyasiyanın 11 faizdən bir qədər aşağı həddə çatacağını gözlədiyini vurğulayıb. Əvvəllər bu nisbətin 13 faiz olacağı təxmin edilirdi. Bununla belə, inflyasiya hələ də Mərkəzi Bankın 2 faizlik hədəfindən xeyli yuxarıdır.
İnflyasiyanın bir neçə ay ərzində 10 faizdən yuxarı qalacağı proqnozlaşdırılır.

 
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2022-09-22 20:38:00