×
A
A
A
Sazlamalar

Nikolae Çuka: Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan marşrutu üzrə elektrik enerjisinin nəqlinə ehtiyac var VİDEO

Buxarest, 22 sentyabr, AZƏRTAC

Rumıniya mühüm qaz və elektrik enerjisi istehsalı resurslarına malik Avropa ölkələri sırasındadır. Enerji resurslarının təhlükəsizliyini təmin etmək və ölkələr arasında enerji təhlükəsizliyini gücləndirmək üçün ən yaxşı həll yollarını tapmaq məqsədilə əməkdaşlığın gücləndirilməsi üzrə layihələr həyata keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rumıniyanın Baş naziri Nikolae Çuka deyib.
Baş nazirin sözlərinə görə, müzakirə mövzuları mövcud enerji böhranından çıxmaq üçün enerji təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi məqsədilə əməkdaşlığın zəruriliyinə yönəlib. Təbii qazın Türkiyə və Yunanıstan limanları vasitəsilə nəqli üçün yeni alternativ marşrutlar və təbii qazın Rumıniyaya nəqli və tranziti üçün qarşılıqlı əlaqə hesablanıb və müəyyən edilib. Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan marşrutu üzrə yeraltı elektrik ötürücü kabel vasitəsilə qarşılıqlı əlaqə layihəsinə ehtiyac var.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Energetika 2022-09-22 19:17:00

Video