×
A
A
A
Sazlamalar

“Netflix” “The Empress” tarixi dramının treylerini yayımlayıb

Bakı, 22 sentyabr, AZƏRTAC

“Netflix” videoyayım platforması Bavariya hersoginyası Elizabetdən bəhs edən “The Empress” adlı tarixi dramının treylerini yayımlayıb.
AZƏRTAC kanobu.ru saytına istinadla xəbər verir ki, çoxseriyalı filmin rejissoru Florian Kossen və Katrin Gebbedir. Ekran əsərində əsas rolları Devrim Linqnau və Filip Froissan canlandırıblar.
Serial I Frans İosif ilə Bavariya hersoginyası Elizabetin münasibətindən bəhs edəcək. Onların arasında qadağaları pozan sevgi yaranır və birlikdə intriqalardan, eləcə də hakimiyyət uğrunda şiddətli mübarizədən yaranmış təhlükəli yola qədəm qoyurlar. Elizabet ona inanmayanların hamısına müqavimət göstərmək üçün gücünü sərf etməli olacaq.

Mədəniyyət 2022-09-22 19:10:00