×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxananın kitab bağışlama aksiyası davam edir

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) kitab bağışlama aksiyası davam edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində bu gün MEK tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə profil üzrə 349 sayda dəyərli nəşrlər hədiyyə edilib.
Hədiyyə olunan kitablar Azərbaycan mədəniyyət, musiqi xəzinəsinin qiymətli inciləridir. Bu əsərlər milli mədəniyyətin tədrisi, təbliği və müvafiq sahədə elmi tədqiqatların aparılması üçün qiymətli mənbələrdir.
Xatırladaq ki, MEK aksiyaya yeni tədris ili ərəfəsində start verib.

Elm və təhsil 2022-09-22 18:44:00