® “Azercell” “Məktəbə qayıdış” kampaniyasını elan edir
Sentyabrın 15-dən etibarən lider mobil operator “Azercell Telekom” “Bookmate” və “Busuu” tətbiqlərinə qoşulan “Azercell” abunəçiləri üçün “Məktəbə qayıdış” kampaniyasını elan edir. Həmin tarixdə “Bookmate” elektron kitabxanası və “Busuu” məşhur dil öyrənmə tətbiqinə yeni qoşulan “Azercell” abunəçiləri bu proqramlardan 1 ay ərzində pulsuz - abunə haqqı olmadan istifadə fürsəti qazanır. Kampaniya oktyabrın 15-nə qədər davam edəcək.
Xatırladaq ki, “Bookmate” elektron kitabxanası Azərbaycan, rus, ingilis dili ilə yanaşı, daha 13 dildə milyonlarla kitabı elektron formatda əldə etmək imkanını yaradır. Bu tətbiq vasitəsilə məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə kitabları həm oxumaq, həm də dinləmək mümkündür. Dünyanın top 10 dilöyrənmə platformaları sırasında olan “Busuu” proqramı real vaxt rejimində xarici dilin öyrənilməsini əlçatan edir. Qeyd edək ki, hər iki tətbiqə müxtəlif platformalar - “Azercell”in rəsmi saytı, “Kabinetim” tətbiqi, “ABB Mobile” və “Umico” mobil əlavələri üzərindən qoşulmaq olar.
“Azercell” şirkəti özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strategiyasına əsaslanaraq fərqli rəqəmsal həllərin abunəçiləri üçün daha əlçatan olmasına çalışaraq, bu istiqamətdə yeni təkliflərini davam etdirəcək.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb