×
A
A
A
Sazlamalar

İsveçrədən bir qrup tələbə Dövlət Neft Fondunda olub

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 12-dən 23-dək intensiv təcrübə mübadiləsi proqramı çərçivəsində İsveçrədən olan bir qrup magistratura tələbəsi Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) səfər ediblər.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, Fondun inzibati binası və muzeyi ilə tanış olan tələbələrə daha sonra Fond əməkdaşları tərəfindən ARDNF-in investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması və ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət missiyası altında Fondun maliyyələşdirdiyi ümummilli layihələr barədə ətraflı məlumat verilib.

Neft - qaz 2022-09-22 18:42:00