×
A
A
A
Sazlamalar

Siyəzənli gənclər ilkin tibbi yardım mövzusunda maarifləndiriliblər

Siyəzən, 22 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyində ilkin tibbi yardım mövzusunda təlim keçirilib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uzun illər Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin həkimi vəzifəsində çalışan Məmmədtağı Nemətli təlim zamanı gənclərə qanaxmalar, sınıqlar, ilan sancması və başqa bədbəxt hadisələr zamanı zərərçəkmiş şəxsə necə kömək ediləcəyindən danışıb və bu məlumatları praktikada necə tətbiq etməli olduqlarını göstərib.
Bundan başqa Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyi, Kiçik və Orta Bizensin İnkişafı Agentliyinin Siyəzən-Şabran KOB dostunun birgə təşkilatçılığı ilə gənclərin mavigilə (blue berry) sahəsinə səfəri təşkil edilib.
Siyəzən rayonu Yenikənd ərazisində yerləşən istehsalçı şirkətin rəhbəri İlyas Əhmədov gəncləri təsərrüfat haqqında məlumatlandırıb və onların suallarını cavablandırıb.

Regionlar 2022-09-22 18:29:00