BDU-da əcnəbi tələbələrin qəbul imtahanları keçirilir
Bakı, 22 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) təhsil almaq istəyən əcnəbi tələbələrin qəbul imtahanları keçirilir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Bu il əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır. BDU-da təhsil almaq üçün 14 ölkədən (Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt) çoxsaylı müraciətlər daxil olmaqdadır. BDU-da əcnəbi tələbələrin qəbulu prosesi sentyabrın 30-dək davam edəcək.
Qeyd edək ki, BDU-da xarici ölkə vətəndaşlarının mütəxəssis kimi hazırlığına 1968-ci ildən başlanılıb və yarım əsrdən çoxdur ki, BDU-da Avropa, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün təcrübəli kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir. Universitetin məzunu olan xarici vətəndaşlar öz dövlətlərində yüksək mövqe tutur və ali strukturlara rəhbərlik edirlər.
Hazırda BDU-da 34 ölkədən əcnəbi vətəndaş təhsil alır.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır