×
A
A
A
Sazlamalar

Zaqatala sakinlərinin qaz təsərrüfatına dair müraciətləri qeydə alınıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Zaqatalada keçirilən “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyasında qarşılaşdığınız problemləri və müraciətlərinizi dinləməyə hazırıq. Sizi maraqlandıran suallarınızı və təkliflərinizi səsləndirə bilərsiniz.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri Zaqatala Regional qaz istismarı İdarəsinin rəisi Sübhi Bayramov abonentlər qarşısında çıxışı zamanı deyib.
Aksiyada ümumilikdə 15 müraciət qeydə alınıb. Bunlardan 13-ü rayonun Muğanlı, Üçüncü Tala, Dağlı, Çobankol, Qımır, Gözbarax, Suvagil, Faldarlı, Uzunqazmalar, Mamrux kəndləri və Şimal-qərb massivinin qazlaşdırılması mövzusunu əhatə edib. Qalan 2 müraciətdən biri Yuxarı Tala sakini tərəfindən ünvanlanıb ki, bu da fərdi yaşayış evinə sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsindən ibarət olub.
Hər bir müraciət Birliyin Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.

Regionlar 2022-09-22 17:46:00