×
A
A
A
Sazlamalar

Zərdabın Şıxbağı kəndində yaralı əsgərlə görüş keçirilib

Zərdab, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 12-si gecə və 13-ü səhər Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanan, müalicədən sonra evinə qayıdan əsgər, Zərdab rayonunun Şıxbağı kənd sakini Zeynal Eldəniz oğlu Cəbrayılovla görüş keçirilib. Görüşdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Ermənistan ordusunun təxribatının Azərbaycan Silahlı Qüvvələri tərəfindən məharətlə alındığı, bu zaman düşmənin xeyli döyüş texnikasının, canlı qüvvəsinin məhv edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, qələbə itkisiz olmur. Zəngilan rayonu istiqamətindəki şiddətli döyüşlər zamanı Zərdab rayonunun Kəndəbil kəndindən olan kiçik gizir Fərid Nafil oğlu Rüstəmov da şəhidlik zirvəsinə ucalıb.
Görüşün sonunda Zeynal Cəbrayılovun ailəsinə maddi və ərzaq yardımı olunub.
Əsgər Zeynal Cəbrayılov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, Vətənin çağırışına bundan sonra da hər an hazır olduğunu söyləyib.

 

Regionlar 2022-09-22 17:16:00