×
A
A
A
Sazlamalar

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,6 faiz artıb

Naxçıvan, 22 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında 354 milyon 489 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin məlumatına görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 16563 ton, süd istehsalı 71266 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 8 faiz, süd istehsalı isə 1,5 faiz artıb.

 

 

Regionlar 2022-09-22 17:10:00