×
A
A
A
Sazlamalar

Şuşa teatrında “Danışan gəlincik” tamaşası yenidən oynanılacaq

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, nağıl içində nağıl üslubu ilə davam edən tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı, Əməkdar artist Azad Məmmədovdur.
Qeyd edək ki, tamaşanın əsas süjet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmasında ona mane olur.

Mədəniyyət 2022-09-22 17:31:00