×
A
A
A
Sazlamalar

İstiqlal Muzeyində növbəti tədbir - “Tarix yazaraq tarixə yazılanlar”

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycan İstiqlal Muzeyində “Tarix yazaraq tarixə yazılanlar” adlı tədbir təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində reallaşan tədbir ölkəmizin ərazi bütövlüyü uğurunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə həsr ediləcək.
Muzeyin təşkilatçılığı ilə gerçəkləşəcək tədbir çərçivəsində eyni mövzulu sərginin açılması da nəzərdə tutulur.

 

 

 

Mədəniyyət 2022-09-22 17:06:00