×
A
A
A
Sazlamalar

“Azərsu” ASC-nin sədr müavini Masallıda vətəndaşlarla görüşəcək

Bakı, 22 sentyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov sentyabrın 28-də Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul saat 10:00-dan başlayaraq Masallı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.
Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar qəbul üçün Masallı və Yardımlı Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Regionlar 2022-09-22 17:09:00