“Peşəsi: ssenarist” layihəsinin müsahibə mərhələsi yekunlaşıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqı, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihəsinin müsahibə mərhələsi baş tutub.
AZƏRTAC xəbər verir ki, yazıçı, ssenarist, redaktor, ssenari ixtisası üzrə təhsil almış gənc ssenaristlər və digər ixtisaslara sahib olan qadın müraciətçilərdən 12 nəfər 2-ci mərhələdə iştirak haqqı qazanıb. Ümumilikdə layihəyə 25 müraciət qəbul olunub. Bunlardan yalnız 8-i layihədə iştirak haqqı qazanacaq. İştirakçılar və onların yaradıcılığı haqqında məlumatı yaxın günlərdə paylaşılacaq.
Qeyd edək ki, layihə ssenari barədə daha dərin biliklər öyrənmək istəyən qadın müəlliflər üçün nəzərdə tutulub. Bu layihə Azərbaycan Kinematoqrafçılar İttifaqının sayca 4-cü layihəsidir. Bundan öncə ittifaqın şəxsi təşəbbüsü ilə “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbi, “A-dan Z-yə” kino istehsalı intensiv kinorejissorluq kursları və “ASAN Könüllüləri” təşkilatı ilə birgə “Gənc kinematoqrafçılar” layihələri həyata keçirilib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir