×
A
A
A
Sazlamalar

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Şəmkir rayonunda keçiriləcək

Bakı, 22 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiya Şəmkir şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.
Səyyar qəbul otağı sentyabrın 23-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Regionlar 2022-09-22 17:03:00