×
A
A
A
Sazlamalar

Naxçıvan: əsas kapitala yönəldilmiş vəsaitin 95,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb

Naxçıvan, 22 sentyabr, AZƏRTAC

Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 674 milyon 786 min manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 644 milyon 911 min 800 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Regionlar 2022-09-22 16:45:00