Azərbaycan Kredit Bürosu “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik xidmətindən faydalanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Kredit Bürosu (AKB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin dövlət və özəl qurumlar üçün təqdim etdiyi İnformasiya təhlükəsizliyi xidmətlərindən faydalanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, AKB-nin “findoc.az” platformasına xidmət çərçivəsində OSINT – açıq mənbə kəşfiyyatı və zəifliklərin yoxlanılması da daxil olmaqla real kiberhücum ssenariləri ilə təhlükəsizlik simulyasiyası (penetration testing) təşkil olunub. “AzInTelecom” MMC-nin mütəxəssisləri müxtəlif təhlükəsizlik testləri həyata keçiriblər.
Kibertəhlükəsizlik xidməti çərçivəsində hazırlanmış hesabat Azərbaycan Kredit Bürosuna təqdim edilib.
Qeyd edək ki, “AzInTelecom” MMC-nin təklif etdiyi İnformasiya təhlükəsizliyi xidmətləri çərçivəsində dövlət qurumları və özəl müəssisələrə razılaşdırılmış qaydada kiberhücum həyata keçirilir, hədəf olan infrastruktur və sistemdən boşluqların istismar edilməsi imkanı yoxlanılır. Aşkar edilmiş boşluqlar, onlara qarşı kiberhücumun növü və uğurlu olma ehtimalı, potensial risklər barədə müştəri məlumatlandırılır və tövsiyələr verilir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb