×
A
A
A
Sazlamalar

Rus Dram Teatrı balaca tamaşaçıları yaddan çıxarmır

Bakı, 22 sentyabr, AZƏRTAC

Oktyabrın 1 və 22-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.
Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova və musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.


 

Mədəniyyət 2022-09-22 15:36:00