×
A
A
A
Sazlamalar

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir

Bakı, 22 sentyabr, AZƏRTAC

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş sənəd qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənədlər sentyabrın 30-u saat 23:59-dək qəbul ediləcək.
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısıelanqeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.
Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected]  ünvanına müraciət etmək olar.

Elm və təhsil 2022-09-22 15:18:00