×
A
A
A
Sazlamalar

Meksikada yenə zəlzələ baş verib VİDEO

Madrid, 22 sentyabr, AZƏRTAC

Bu gün səhər tezdən Meksikada Miçoakan ştatının Koalkoman şəhərindən 81 kilometr cənubda 6,9 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Meksika Milli Seysmologiya Xidmətinə istinadla xəbər verir ki, yeraltı təkanlar ölkənin paytaxtı Mexikoda da hiss olunub.
Mexiko hökumətinin rəhbəri Klaudia Şeynbaumun sözlərinə görə, paytaxtda hələlik dağıntı qeydə alınmayıb.
Paytaxt hökuməti 16 bələdiyyənin risklərin kompleks idarə edilməsi və mülki müdafiə bölmələri ilə əlaqə yaradıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2022-09-22 14:53:00

Video