×
A
A
A
Sazlamalar

“Qaranlıqdan işığa” tamaşası nümayiş olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzində “Səhnə” teatrının təqdimatında “Qaranlıqdan işığa” (psixoloji dram) tamaşası nümayiş olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır.
Maarifləndirmə funksiyası daşıyan tamaşa narkomaniyanın doğurduğu faciələr haqqında aydın təsəvvür yaradır və insanların sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.
Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak ediblər.
Qeyd edək ki, tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru isə Mirzə Ağa Mirzəyevdir.

 

 

Mədəniyyət 2022-09-22 14:48:00